
23 İyun 2023-cü il tarixdə Türkiyə Respublikasının İstanbul şəhəri, Şişli rayonunda yerləşən Ramada oteldə “LNS International” şirkətinin “LNS Team” komandasının “leadership” adı altında treninqi təşkil edilmişdir. Böyük marağa səbəb olan treninqdə Türkiyənin müxtəlif regionlarından və həmçinin Azərbaycan, Qırğızıstan, Özbəkistan, Tacikistan və s. ölkələrdən təxminən 300-ə yaxın müstəqil təmsilçi iştirak etmişdir. Treninqdə şirkət liderlərindən Sofik Cəfərli, Toğrul Həsənzadə, Anarbek Primkulov və başqaları öz təcrübələrini müstəqil təmsilçilərlə bölüşmüşdür. Həmçinin treninqdə qonaqlar üçün ziyafət təşkil edilmiş və xüsusi nailiyyətləri ilə fərqlənən müstəqil təmsilçilərə müxtəlif hədiyyələr, sertifikatlar və digər qiymətli əşyalar təqdim edilmişdir. Treninqdən sonra liderlər və müstəqil təmsilçilər üçün yaxtada şam yeməyi təşkil edilmişdir.